Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.07.2025 13:09
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Milli mətbuat günü qeyd olunub

Dendrologiya İnstitutunda Milli mətbuat günü qeyd olunub

AR ETN Dendrologiya İnstitutunda Milli mətbuat günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e. dosent Minarə Həsənova jurnalistləri və eyni zamanda İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyevanı bayram münasibətilə təbrik edib, 150 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən şərəfli yol keçdiyi, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu qeyd edib.

Daha sonra çıxış edən Tünzalə Zeyvəliyeva mətbuatımızın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini  qeyd edib. O, Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın Azərbaycan mediasına verilən yüksək dəyərin ifadəsi olduğunu deyib.

Sonda bayram münasibətilə institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyevaya milli mətbuatın inkişafındakı xidmətlərinə, Dendrologiya İnstitutunun elmi-ictimai tədbirlərin hazırlanmasında fəal iştirakına və dövri mətbuatda səmərəli çıxışlarına görə, kollektiv tərəfindən  Fəxri fərman təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: