ETN Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Mikroorqanizmlər Kolleksiyasının Elmi Tədqiqat İnstitutu ilə birgə seminar keçirib.
“Meşələrin biomüxtəlifliyini, meşə ərazilərində müasir elmi tədqiqatları nəzərdən keçirərək birgə həyata keçirilə biləcək perspektivli sahələrlə tanışlıq” adlı elmi seminarda AR ETN Dendrologiya İnstitutu və Qazaxıstan Respublikası Mikroorqanizmlər Kolleksiyasının alimləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Qazaxıstan Respublikası Mikroorqanizmlər Kolleksiyasının (Məhdud Məsuliyyətli Yoldaşlıq təşkilatının) rəhbəri, direktoru Hüquqşünas Bekşin Jandarbek Muxtaroviç iştirakçıları salamlayaraq, Dendrologiya İnstitutunun həmin qrumla sıx əlaqələrindən 2017-ci ildə sentyabrın 17-18-də Dendrologiya İnstitutunda keçirilən MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV qurultayından bəhs edərək, mövzu ətrafında ətraflı məlumt verib.
Sonra ETN Dendrologiya İnstitutun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova çıxış edib. Alim iqlim dəyişiklikləri və bunun canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Dendrologiya İnstitutunun elmi potensialı barədə məlumat verən alim müəssisədə fəaliyyət göstərən laboratoriyalar haqqında iki elmi müəssisə elmi əməkdaşlıq, gələcəkdə qarşılıqlı prinsiplərə əsaslanaraq müştərək tədqiqatların aparılması, elmi kadrların hazırlığı və mübadiləsi, birgə tədqiqat layihələrinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, nəşrlərin və tədris materiallarının mübadiləsinin təşkili, müştərək seminarlarda və akademik görüşlərdə iştirakını davam etdiriləcəyini vurğulayıb.
İnstitut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda Qazaxıstan Respublikasının Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universitetinin fəxri doktoru, professor Aydarxanova Gülnar Sabitovna, “Dövlət Meşə Təbiət Qoruğunun (SFNR) Semey Orman Regionlarında adi Şam (Pinus Sylvestris L.) plantasiyalarının meşəbərpasının qiymətləndirilməsi”, Bekşin Z.M. (MMY - Məhdud Məsuliyyətli Yoldaşlıq təşkilatının rəhbəri, Qazaxıstan Respublikası Mikroorqanizmlər Kolleksiyasının direktoru), Əmirxanova N.T. (Elmi işlər üzrə direktor müavini), Tekebayeva J.B. (Mikrobiologiya laboratoriyasının müdiri), Umarova M.S. (Biotexnologiya Laboratoriyasının baş elmi işçisi) təqdimatlarla çıxış ediblər.
Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar ətrafında geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.