Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

50 il müddətində fasiləsiz işləyə bilən nüvə batareyasının prototipi yaradılıb
07.03.2016 10:49
  • A-
  • A
  • A+

50 il müddətində fasiləsiz işləyə bilən nüvə batareyasının prototipi yaradılıb

Rusiyalı alimlər fasiləsiz 50 il işləmək qabiliyyətinə malik nüvə batareyasının prototipini təqdim ediblər. Belə batareyalar tibb sahəsindən raket istehsalına kimi sahələrdə tətbiq edilə bilər. Nüvə batareyasında enerji materialı qismində “nikel-63” izotopundan istifadə edilib.

Rusiyalı alimlər nüvə batareyasında elektron mənbəyi kimi "nikel-63" izotopundan istifadə ediblər və bu materialın şüalanması canlı orqanizmlərə zərər vurmur.

Yenilik nüvə energetikası, mikroelektronika, biotibbi, aviakosmik elektronika kimi sahələrdə tətbiq edilə bilər. Alimlərin yeni həllinin böyük potensialı var, çünki uzun müddət işləyə bilən etibarlı enerji təchizatına tələbat kifayət qədər yüksəkdir.

www.appleapple.top

  • Paylaş: