16 sentyabr 2025-ci il tarixində saat 17:00-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgisi təşkil olunacaq.
Sərginin keçirilməsində məqsəd AMEA əməkdaşlarının yaradıcılıq qabiliyyəti və bədii istedadlarını üzə çıxarmaq, onların elmi fəaliyyətlə yanaşı, mədəni-mənəvi zənginliklərini nümayiş etdirmək və şəxsi yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etmək, elm və incəsənət arasında qarşılıqlı əlaqəni, onların bir-birini tamamlayan sahələr olduğunu göstərmək, həmçinin əməkdaşların yaradıcılıq nümunələri vasitəsilə elmi ictimaiyyətin insan yönümlü və estetik tərəflərini ön plana çəkməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.