AR ETN-nin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
İnstitutun baş direktor v.i.e dosent Zaur İmrani gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
Sonra institutun hazırladığı “Ağdam inzibati rayonunun coğrafiyası: təbii şərait və sosial-iqtisadi inkişaf potensialı” kitabının siqnal nüsxəsi baxıldıqdan sonra onun müəyyən düzəlişlərlə çapa verilməsi qərara alınıb.
Təhsil şöbəsinin müdiri Müseyib Yunusov çıxışında dissertantların elmi mövzularının adlarının təsdiqində bəzi çətinliklərin olmasını diqqətə çatdırıb.
Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov “Coğrafiyanın müasir problemləri” kitabının çapa hazırlığının vəziyyəti haqqında məlumat verib.
Sonda Geoinformatika və kartoqrafiya şöbəsinin hazırladığı ümumtəhsil məktəblərinin 9-11-ci sinifləri üçün Coğrafiya atlasının çap edilməsi üçün nəşrə verilməsi müzakirədən sonra təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.