Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
İnstitutun baş direktoru v.i.e biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda 8 laboratoriya 5 şöbə əməkdaşları hesabat veriblər. Laboratoriya və şöbələr apardıqları elmi-tədqiqat işlərini slayd şəklində şura üzvlərininə təqdim ediblər.
İclas elmi müəssisənin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin 9 ayına həsr olunub. İnstitutun laboratoriya və şöbələrinın il ərzində apardıqları elmi-tədqiqat işləri, beynəlxalq konfrans və seminarlarda iştirakı, elmi və elmi-təşkilati fəaliyyətləri və tədqiqatlar zamanı əldə etdikləri mühüm nəticələr şura üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçilərə ünvanlanan suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.