Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.09.2025 15:20
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib

Şəki Regional Elmi Mərkəzində Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü 2023-cü ilin 19-20 sentyabrının Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib. O, həmin gün ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu qeyd edib.

Yusif Şükürlü Dövlət Suverenliyi Gününün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Vətən oğullarının əldə etdikləri tarixi Zəfər sayəsində təqvimin bu günü şanlı bayrağımızın dalğalandığı bölünməz və bütöv Azərbaycan torpaqlarında bayram edilir.

Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri t.ü.f.d. Rahim Həsənov çıxış edərək 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş şanlı qələbə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən, Dövlət Suverenliyi Gününün elan edilməsinin əhəmiyyətindən danışıb. O, bütün bunların Azərbaycan tarixinin mühüm hadisəsinə çevrildiyini vurğulayıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: