Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.09.2025 10:18
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

Radiasiya Problemləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Elmi şuranın növbəti iclası baş tutub.

İclasda institutun elmi-tədqiqat və təşkilati fəaliyyətinə dair bir sıra mühüm məsələlər müzakirə olunub.

İlk olaraq, “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilmiş “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq konfransın nəticələri təqdim edilib. Konfransda müasir münaqişələrin ekoloji fəsadları və radiasiya riskləri geniş şəkildə təhlil olunub.

2025-ci il üzrə doktoranturaya və dissertanturaya qəbul nəticələri açıqlanaraq Elmi şura üzvlərinin diqqətinə çatdırılıb. Eyni zamanda, “Radioekologiya - 2226.01” ixtisası üzrə doktorant Nigar Həziyevanın dissertasiya mövzusuna dəyişiklik edilməsi və ona ikinci elmi rəhbərin təyin olunması təsdiqlənib. “Radiasiya materialşünaslığı - 2225.01” ixtisası üzrə doktorant Ramil Əkbərovun dissertasiya mövzusunda edilən dəyişiklik də müsbət qarşılanıb.

İclasda doktorant və dissertantların elmi mövzularının əlaqələndirmə şurasına təqdim olunması məsələsi də gündəmə gətirilib.

İnstitutun təhsil şöbəsinin müdiri, b.ü.f.d. Narmin Quliyevanın dosent elmi adı alması üçün sənədlərə baxış komissiyasının yaradılması qərara alınıb. Həmçinin, “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının böyük elmi işçisi, k.ü.f.d. Hacı Vahid Axundzadə və “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyasının böyük elmi işçisi, k.ü.f.d. Rana Xankişiyevanın dosent elmi adı almaq üçün müraciətləri nəzərdən keçirilib.

İclasda Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin doktorantlarının Radiasiya Problemləri İnstitutuna köçürülməsi məsələsi də müzakirə olunub.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş strateji sənədlərin, dövlət proqramlarının və fəaliyyət planlarının icrası ilə bağlı hesabat təqdim edilib.

İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: