Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2025 18:00
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Zoologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

ETN Zoologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri giriş sözləri ilə açan institutun baş direktoru aqrar elmlər doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

Sonra icraçı direktor, b.e.d., dosent Elşad Əhmədov b.e.d., dosent Əli Nəsirova 2429.01- “Parazitologiya” ixtisası üzrə elmi fəaliyyətə görə professor elmi adı verilməsi haqqında, elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva b.ü.f.d. Şəfa Xasayevanın “Azərbaycanın qərb bölgəsinin hörümçəkləri (ARACHNİDA, ARANEAE)” adlı monoqrafiyasının çapa təqdim olunması haqqında, Təhsil şöbəsinin müdiri b.ü.f.d. Şəfa Xasayeva isə 2025-ci tədris ilində qəbul olmuş doktorant və dissertantların dissertasiya mövzuları haqqında şura üzvlərinə ətraflı məlumat verib.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: