Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirilib.
Öncə Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova açıb. Alim bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı.
Alim 44 günlük savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışaraq vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni şəhidlərin qanı, canı bahasına əldə edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını qeyd edib.
Daha sonra institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-sədri Tünzalə Zeyvəliyeva çıxış edib. O, müharibə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, həm də xalqımızın milli iradəsinin, birlik və həmrəyliyinin simvolu olduğunu deyib. Vətən müharibəsi zamanı qazanılan zəfərə həsr etdilən Zəfər Tv kanalının fəaliyyətə başlamasından şəhid və qazi ailələri ilə aparılan verilişlərdən danışıb. Zəfər Tv-nin 19.08.2021-ci il ilk yayımında qətiyyətli Ali Baş Komandanın rəhbərliyi sayəsində Müzəffər Azərbaycan Ordusunun şücaəti ilə böyük qələbə salnaməsinin qazandığı uğura həsr edilmiş verilişi diqqətə çatdırıb. Tünzalə Zeyvəliyeva vətənə məhəbbət hislərinin yüksəldilməsi, uzun illər həsrətində olduğumuz vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun şanlı qələbəsində nümayiş etdirdikləri şücaətin gənc rəssamların gözü ilə hər kəsə çatdırılmasından ibarət “Xarıbülbül” , “II Xarıbülbül” “Gəncliyimiz gələcəyimizdir”, “Bilik yarışı” kimi rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqələrin təşkilatçısı kimi qürur duyduğunu deyib. Daha sonra Zəfər tv-nin hazırladığı Füzuli rayon Yağlıvənd kəndində şəhid Səhriman Hüseynovun xatirəsinə həsr olunmuş film nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.