Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.09.2025 13:47
  • A-
  • A
  • A+

27 sentyabr Vətən uğrunda canından keçənlərin Anım Günüdür

27 sentyabr Vətən uğrunda canından keçənlərin Anım Günüdür

Hüseyn Cavidin Ev Muzeyində 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, I və II Qarabağ - Vətən müharibəsi zamanı şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra muzeyin direktor vəzifəsini icra edən, fil.ü.f.d. Validə Həsənova və muzeyin əməkdaşı Elmi kütləvi işlər şöbəsinin müdiri Kəmalə İsmayıllı çıxış edərək 2020-ci ildə 44-günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların hələ də davam etdirilməsindən və bu savaşın xalqımızın mənəvi yaddaşındakı izlərindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: