Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2025 12:55
  • A-
  • A
  • A+

AMEA-nın kollektivi Zəfər parkında şəhidlərimizin xatirəsini yad edib

AMEA-nın kollektivi Zəfər parkında şəhidlərimizin xatirəsini yad edib

Sentyabrın 27-də - Anım günü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər Bakıdakı Zəfər Parkında olublar.

Elmi ictimaiyyətin nümayəndələri Zəfər Parkındakı xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: