Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2025 12:28
  • A-
  • A
  • A+

Şəkidə “Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib

Şəkidə “Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d.,dos. Yusif Şükürlü Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsinin dahi bəstəkarın şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsi olduğunu söyləyib. O, Üzeyir Hacıbəylinin milli musiqinin formalaşmasında müstəsna xidmətlərindən bəhs edərək, bəstəkarın Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir istiqamətin əsasını qoyduğunu vurğulayıb.

Sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov “Üzeyir Hacıbəylinin siyasi fikirləri-sosialist ideyalardan istiqlalçılığa doğru” mövzusunda məruzə ilə çıxış edib. Rahim Həsənov bildirib ki, xalqın qəhrəmanlığını, vətənpərvərliyini, milli qürurunu, azərbaycançılığını musiqi dili ilə ifadə etməsi Üzeyir Hacıbəylinin dahiliyinin göstəricisidir və bəstəkarın “Koroğlu” operası azərbaycançılıq ideyasını dərindən təcəssüm etdirən möhtəşəm əsərlərindən biridir.

Daha sonra Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva “Xalq yaradıcılığı və Üzeyir Hacıbəyli” adlı məruzəsində bəstəkarın bayatı və mahnılar haqqında görüşlərindən, onların toplanaraq elmi tədqiqata cəlb edilməsindən danışıb, Üzeyir Hacıbəylinin publisistik və dramatik əsərlərində şifahi xalq ədəbiyyatı nümunələrindən geniş istifadə etdiyini diqqətə çatdıtıb.

Sonda Üzeyir Hacıbəylinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: