Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2025 09:50
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş mühitinin təşviqi, eləcə də layiqli əmək prinsiplərinin təbliği olub.

Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq, əmək mühafizəsinin elmi-tədqiqat müəssisələrində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, tədbirin əməkdaşların hüquqi maariflənməsinə və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə töhfə verdiyini bildirib.

İnstitutun icraçı direktoru Rəvan Mehdiyeva çıxışında bu günün yaranma tarixini, əmək mühafizəsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

İnstitutun Həmkarlar Təşkilatının sədri, elmi katib, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova isə elmi müəssisələrdə əmək mühafizəsi mədəniyyətinin formalaşdırılması, işçilərin bu sahədə maarifləndirilməsi və təhlükəsizlik qaydalarına əməl olunmasının institutun dayanıqlı inkişafı üçün mühüm rol oynadığını qeyd edib.

Tədbirdə institutun əməkdaşları aktiv iştirak edərək, öz təcrübələrini bölüşüb, əmək mühafizəsi sahəsində qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: