Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2025 17:56
  • A-
  • A
  • A+

Sönməyən İşıq –Turan Cavid

Sönməyən İşıq –Turan Cavid

2 oktyabr 2025-ci il. Turan Cavidin dünyaya göz açmasından 102 il ötür. Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli teatrşünas, muzeyşünas və mətnşünas, ömrünü atasının ideaları, amalı uğrunda fəda etmiş bir övladın min bir əziyyətlə qurub gələcək nəslə yadigar qoyduğu Hüseyn Cavidin Ev Muzeyində bu münasibətlə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə muzeyin direktoru vəzifəsini icra edən, fil.ü.f.d. Validə Həsənova açaraq Turan xanımın böyük şəxsiyyətindən, ədibin ev muzeyinin təşkilində Ulu Öndərin dəstəyindən bəhs edib. Tədbiri muzeyin əməkdaşı Günel Yəhyalı “Cavidlər ocağının sönməyən işığı” adlı məruzəsi ilə davam etdirib.

Daha sonra uzun illər Turan Cavidlə çiyin-çiyinə muzeydə fəaliyyət göstərmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə İbrahimova onunla bağlı xatirələrini bölüşüb. Həmçinin Cavidlər ailəsindən Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Gülsüm Eldarova, Turan xanımın qohumu Mahirə Qurbanova çıxış ediblər.

Son günlər Hüseyn Cavidin Ev Muzeyinə böyük dramaturqa və Turan Cavidə məxsus əlyazmalar, fotolar, xatirə əşyaları və s. daxil edilib. Bu münasibətlə tədbirin sonunda bəhs edilən eksponatların təqdimatı keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: