Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2025 11:02
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

Fizika İnstitutunda 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb və ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən işlər, işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.

Sitarə Bağırova bildirib ki, Azərbaycan Respublikasının höküməti və Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış bu proqram ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmuşdur. Çünki Əmək münasibətlərində islahatların aparılması, işçi hüquqlarının qorunması və sosial dialoqun gücləndirilməsi cəmiyyətin davamlı inkişafı üçün əsas şərtlərdəndir. Ümumdünya Layiqli Əmək Günü insanların daha ədalətli və bərabər iş mühitində yaşamaq və işləmək hüququnu xatırladır.

Sitarə Bağırova qeyd etdi ki, Ümumdünya Layiqli Əmək Günü münasibətilə işçi qrupu yaradılıb və təkliflər hazırlanıb.

Yaradılmış işçi qrupunun hazırladığı təklifləri institutun əməkdaşı Dilbər Əhmədova çıxış edərək diqqətə çatdırıb.

Tədbirdə institutun icraçı direktoru, professor Hüseyn İbrahimov çıxış edib və 7 oktyabr Ümumdünya Layiqli Əmək Gününün əhəmiyyətindən danışıb. Professor Hüseyn İbrahimov bildirib ki, Ümumdünya Layiqli Əmək Günü 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilib və hər il yüzlərlə ölkədə milyonlarla insan bu gün münasibətilə tədbirlər, konfranslar təşkil edir.

Professor Hüseyn İbrahimov sonda Fizika İnstitutu olaraq, bu günün əhəmiyyətini yalnız iş şəraitimizin yaxşılaşdırılmasında deyil, həm də təhsil və elmi fəaliyyət sahəsindəki tərəqqimizdə də görürük. Elm və texnologiya sahəsindəki inkişaf yalnız əməkdaşlığın və qarşılıqlı hörmətin təməlində möhkəm dayana bilər. Hər bir işçinin yaxşı şəraitdə işləməsi, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi, qarşısındakı həmkarlarına hörmət və anlayışla yanaşması vacibdir.

Tədbirin sonunda institutun rəhbərliyi Ümumdünya Layiqli Əmək Günü münasibətilə əməkdaşları təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: