Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2025 14:10
  • A-
  • A
  • A+

“Mil-Muğan Mədəni İrsi: Beyləqan Örənqala – torpaq altında qalmış şəhər” adlı seminar keçirilib

“Mil-Muğan Mədəni İrsi: Beyləqan Örənqala – torpaq altında qalmış şəhər” adlı seminar keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Qayıdış” İctimai Birliyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Abidələrin Qeydiyyatı və Pasportlaşdırılması şöbəsinin birgə əməkdaşlığı ilə “Mil-Muğan Mədəni İrsi: Beyləqan Örənqala – torpaq altında qalmış şəhər” adlı elmi-praktik seminar təşkil olunub.

Beyləqan şəhərində yerləşən Humanitar Liseydə baş tutan tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev çıxış edərək Beyləqan rayonunun ərazisində yerləşən qədim yaşayış məskənləri və arxeoloji abidələr – “Örənqala”, “I Çardaqlı yaşayış yeri”, “Çatal Təpə”, “Qaratəpə”, “Təzəkənd” və “Sultanbud qəbiristanlığı” haqqında geniş məlumat verib. O, xüsusilə Örənqala abidəsində aparılmış ilkin arxeoloji qazıntılardan, abidənin tarixi və əhəmiyyətindən bəhs edib.

Daha sonra tarix elmləri doktoru Zaur Həsənov çıxış edərək Beyləqan və Qarabağ ərazilərində aparılmış arxeoloji tədqiqatların nəticələrini iştirakçılarla bölüşüb.

“Qayıdış” İctimai Birliyinin sədri Şamxal Rəhimli birlik tərəfindən icra edilən layihələr, eləcə də ictimai və mədəni irsin qorunması sahəsində görülən işlər haqqında geniş təqdimatla çıxış edib.

Seminarın sonunda “Qayıdış” İctimai Birliyi tərəfindən hazırlanmış “Mədəni İrsimiz: Örənqala - torpaq altında qalmış şəhər” adlı kitabça iştirakçılara təqdim olunub. Nəşrin əsas məqsədi Beyləqan rayonunun arxeoloji və tarixi abidələrini sistemləşdirərək geniş oxucu kütləsi üçün əlçatan elmi mənbə formalaşdırmaqdır. Kitabça həm mütəxəssislər, həm də mədəni irslə maraqlanan ictimaiyyət üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: