Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2025 14:25
  • A-
  • A
  • A+

VI Beynəlxalq Turizmdə Memarlıq və Mədəni Miras konqresi keçirilib

VI Beynəlxalq Turizmdə Memarlıq və Mədəni Miras konqresi keçirilib

AMEA-da VI Beynəlxalq Turizmdə Memarlıq və Mədəni Miras konqresi keçirilib.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət Himni səsləndirilib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Türkiyənin Çanakkale Onsekiz Mart Universiteti, Karabük Universiteti, İzmir Kavram Meslek Yüksekokulun təşkilatçılığı ilə baş tutan konqresdə Türkiyə, Yaponiya, Böyük Britaniyanı təmsil edən elm adamları da iştirak edib. 

Konqresi giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bu konqresin böyük əhəməyyət kəsb etdiyini vurğulayıb. Mədəniyyət və İncəsənətin elmdə təzahürünün bu istiqamətdə aparılan tədqiqatlarda vacib rol oynadığını qeyd edib. Mədəniyyət tarixində bu günə qədər aşkar edilən mədəni mirasın qorunub saxlanmasının mahiyyətinə toxunub və konqresin işinə uğurlar diləyib. 

Türkiyə nümayəndələrini təmsil edən sənətşünaslıq doktorları, professorlar Nuray Türker ve Ali Selçuk Can bu tədbirin Azərbaycanda keçirilməsindən və tədbir iştirakçıları qarşısında çıxış etməkdən çox məmnun olduqlarını bildiriblər.

Çıxış edənlər turizmin əsasını təşkil edən memarlıq abidələri, muzeylər və digər mədəni miras qorunmasının yalnız keçmişiin anılması, yaşadılması deyil, həm də mədəniyyətin inkişafı baxımından böyük önəm kəsb etdiyini qeyd ediblər. 

Iki gün davam edəcək konqres öz işini müxtəlif bölmələrdə ayrı-ayrı mövzular üzrə davam etdirəcək. Təqdim edilən məruzələr mədəni turizmin əsasını təşkil edən türk xalqlarına aid olan sənət, ədəbiyyat, memarlıq, tarixi- mədəni qoruqlar, adət-ənənələri əhatə edəcək.

16-18 oktyabr tarixində baş tutan konqres son gün mədəni tədbirlə öz işinə yekun vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: