Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.10.2025 12:28
  • A-
  • A
  • A+

Arxeoloji tədqiqatlarda müasir ölçmə texnologiyalarının tətbiqi ilə bağlı təlim keçirilib

Arxeoloji tədqiqatlarda müasir ölçmə texnologiyalarının tətbiqi ilə bağlı təlim keçirilib

“Geototal MMC” və Çin Respublikasının “Gintec” şirkəti tərəfindən təşkil olunan “Gintec texnologiyaları ilə yeni ölçmə imkanları” adlı təlim keçirilib.

Təlimdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov və institutun doktorantı Nərmin Məmmədli iştirak ediblər. Təlim Çin geodeziya mütəxəssisləri tərəfindən aparılıb, iştirakçılara müasir ölçmə texnologiyalarının tətbiqi və yeni nəsil cihazların funksional imkanları barədə ətraflı təqdimatlar təqdim olunub.

Tədbirin məqsədi geodeziya və topoqrafiya sahəsində istifadə olunan Gintec markalı avadanlıqların yeni modellərinin təqdimatı, onların texniki xüsusiyyətlərinin nümayişi və mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması olub.

Qeyd edək ki, Arxeologiya və Antropologiya İnstitutu topoqrafik xəritələrin yaradılması məqsədilə Gintec şirkətinin istehsal etdiyi GNSS “G40 Plus” cihazını satın alma vasitəsilə əldə edib. Zaur Həsənovun rəhbərliyi altında bu avadanlıq vasitəsilə Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Qarabağın Dəmir dövrü kurqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” adlı layihə çərçivəsində Qarabağın işğaldan azad olunmuş ərazilərində arxeoloji tədqiqatlar aparılacaq. Layihənin 2025-ci ilin noyabr ayında başlanması və iki il müddətində davam etməsi planlaşdırılır. Təlimdə iştirak institut əməkdaşları üçün praktiki biliklərin artırılması, müasir ölçmə texnologiyalarının arxeoloji tədqiqatlarda tətbiqinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: