Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.10.2025 21:48
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun Elmi şurasının iclasında“Fətəli xan Xoyski – 150” mövzusunda məruzə dinlənilib

Əlyazmalar İnstitutunun Elmi şurasının iclasında“Fətəli xan Xoyski – 150” mövzusunda məruzə dinlənilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclas çərçivəsində Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyi qeyd olunub.

İnstitutun elmi işlər üzrə direktor müavini Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov iclası giriş nitqi ilə açaraq sözü Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadəyə verib.

T.Həsənzadə “Fətəli xan Xoyski – 150” adlı elmi məruzəsində görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə, həmçinin “Müsavatçı” ittihamı ilə həbs olunaraq güllələnmiş Xəlil İbrahimin 1919-cu ildə Fətəli xan Xoyski haqqında yazdığı “Hökumətin istefası” adlı məqaləsi dinləyicilərə təqdim olunub.

Məruzə dinlənildikdən sonra iclas öz işinə davam edib.

Ə.Bağırov gündəlikdə duran əsas məsələləri şura üzvlərinin diqqətinə çatdırmaq üçün sözü institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib.

A.Hacıqədirli iclasın gündəliyinə əsasən – Əlyazmalar İnstitutunda nəşr olunacaq kitab və məqalələrin təsdiqi, doktorant və dissertantlara verilən mövzular və rəhbərlərin təyin olunması, o cümlədən institutda 2025-ci il üçün aparılan elmi-tədqiqat planlarının yerinə yetirilməsi ilə bağlı müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb. İclasda cari məsələlərə də toxunulub, fikir və təkliflər səsləndirilib. Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: