Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.10.2025 12:16
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

Gəncə Bölməsində Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyininə həsr olunmuş  “Bəxtiyar Vahabzadə yaradıcılığında milli - mənəvi bütövlük və azadlıq ideyası” mövzusundakı tədbir Azərbaycan Respublikası Prezidentinin "Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq, bu əlamətdar tarixə həsr edilmiş tədbirlər planı üzrə həyata keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

Dəyirmi masa müzakirələrini giriş sözü ilə açarkən, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyyev bu görkəmli ziyalımızın Azərbaycanın ictimai və siyasi həyatında oynadığı əhəmiyyətli roldan söhbət açıb.

O, Bəxtiyar Vahabzadənin onilliklər ərzində özünün bədii və elmi-pblisistik, eləcə də millətpərəst fəaliyyətilə vətənimizin tarixinə, müstəqilliyimizin mənəvi əsaslarının inkişafına, cəmiyyətimizin yetkinləşməsinə böyük töhfələr verdiyini vurğulayıb.

Sonra tədbirin məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Nizami yaradıcılığının tərcüməsi şöbəsinin baş laborantı Tükəzban Məmmədova “Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, şöbə müdiri Təranə Verdiyeva “Bəxtiyar Vahabzadə yaradıcılığında Gəncə”, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər şurasının sədri Vüqar Əhmədli “Bəxtiyar Vahabzadə yaradıcılığında Turançılıq və Türkçülük”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin  elmi işçisi Leyla Kərimova “Bəxtiyar Vahabzadənin poeziyasında  “Ana mövzusu”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Dünya nizamişünaslığının tərcüməsi şöbəsinin, baş laborantı Jasmin Abbasova “Bəxtiyar Vahabzadənin poemaları” mövzularında çıxış ediblər.

Çıxışlar ətrafıında fikir mübadiləsi və müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: