AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Zəfər bayramı: xalqın iradəsi və dövlətin gücü” adlı tədbiri keçirilib.
Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Tədbirdə Qarabağda tarixi qələbənin əhəmiyyəti, dövlətimizin gücü və xalqımızın birliyi vurğulanıb.
Yığıncağı giriş sözü ilə açan institutun Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının misilsiz həmrəyliyindən, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O qeyd edib ki, qazanılan zəfər həm də xalqın iradəsinin, milli birliyinin rəmzidir.
Tədbirdə iştirak edən institutun alimləri çıxışlarında Zəfər gününün tarixi əhəmiyyətindən söz açıblar, şəhidlərimizin xatirəsinin əziz tutulmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini diqqətə çatdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.