Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2025 15:38
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Beynəlxalq Avrasiya Laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb

Fizika İnstitutunda Beynəlxalq Avrasiya Laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının nümayəndə heyəti, professor Li Lie, professor Yingsan Geng, Raymond J. Wu, Lianzhi Liu qonaq olub.

Qonaqları Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov salamlayıb. Səmimi görüşdən sonra qonaqlar institutun əməkdaşları ilə görüşüb. Görüş zamanı Beynəlxalq Avrasiya Laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə akademik Arif Həşimov açaraq qonaqlara və mərasim iştirakçılarına Fizika İnstitutunun fəaliyyəti haqqında məlumat verib. Sonra söz Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının İcraiyyə Şurasının üzvü professor Li Lie verilib. Professor Li Lie Beynəlxalq CORE Akademiyası haqqında məlumatı iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Fizika İnstitutu ilə Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyası arasında Beynəlxalq Avrasiya Laboratoriyasının Yaradılmasına Dair Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov və Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyası İcraiyyə Şurasının üzvü professor Li Lie imzalayıb.

Bu əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, elmi tədqiqat və inkişaf sahəsində əməkdaşlıq, kadr hazırlığı və təhsil proqramları, texnologiya transferi və innovasiya, Beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi, o cümlədən “bir yol bir kəmər” platformasında birgə laboratoriyanın yaradılması nəzərdə tutur.

Görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Tərəflər arasında hədiyyələr təqdim olunub. CORE Akademiyası İcraiyyə Şurasının üzvü Prof. Dr. Li Lie Core Qlabal Əməkdaşlıq Şəbəkəsinin Tərəfdaşı olması haqda Fəxri təmsilçi Diplomunu Fizika İnstitutuna təqdim edib.  

İmzalama mərasimindən sonra Prof. Rüstəm Rüstəmov, Prof. Dr. Li Lie, Prof. Yingsan Geng, Prof. Dr. Nəriman Rəhmanov, dosent Faiq Rzayev, Prof. Dr. Təranə Nurubəyli, Prof. Dr. Nahidə Musayeva və PhD. Mehti Camalov təqdimatla çıxış ediblər.

Sonda Çinli qonaqlar institutun laboratoriyalarına gedərək aparılan tədqiqat işləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: