Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2025 20:09
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda 8 Noyabr - Zəfər Günü qeyd olunub

Geologiya və Geofizika İnstitutunda 8 Noyabr - Zəfər Günü qeyd olunub

 

ETN Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi müəssisə rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilati dəstəyi ilə “2025 – ci il 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə HİK və GAMŞ üzvləri, elmi işçilər və gənc tədqiqatçılar iştirak ediblər.

Yığıncaq Dövlət Himninin  səsləndirilməsi ilə başlayıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə açan GGİ-nin HİK sədri g.-m.e.ü.f.d. Kamran Əliyev qeyd edib ki, “8 Noyabr - Zəfər Günü” xalqımızın qürur və iftixar mənbəyidir. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın birliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi.

Vətən müharibəsində iştirak etmiş İkinci Qarabağ müharibəsi veteranı Turan İmaməli keçdiyi döyüş yolu barədə xatirələrini bölüşüb. Həmçinin GGİ-nin gənc əməkdaşları çıxış edərək, Zəfər Gününün milli birlik və Vətənə sevgi rəmzi kimi əhəmiyyətindən danışıblar. Gənc alimlər Vətən müharibəsində iştirak etmiş həmkarlarının igidliyindən bəhs edib, şəhid ailələrinə və qazilərə dərin ehtiramlarını bldiriblər.  İnstitutun şəhid ailəsi üzvləri və müharibə veteranlarına  rəhbərlik və Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlar təqdim edilib.

İnstitutun gənc əməkdaşları vurğulayıblar ki, bu zəfər hər bir azərbaycanlının ürəyində daim yaşayacaq. Elmi fəaliyyətdə, təhsil və əməyimizlə bu Qələbəni daha da möhkəmləndirmək hər birimizin borcudur.

Sonda Vətən müharibəsinə həsr olunmuş qısa film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: