Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2025 12:58
  • A-
  • A
  • A+

“Alim-yazıçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib

“Alim-yazıçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib

Sumqayıtda Əli Kərim adına Sumqayıt Poeziya evinin və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Alim-yazıçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə alimlər, ziyalılar,  Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, ictimai fəalları, sakinləri və gənclər iştirak ediblər.

Tədbirdə AMEA Həmkarlar Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, “Kredo” qəzetinin baş redaktoru, şair publisist Əlirza Xələfli, BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova, biologiya üzrə fəlsəfə doktoru Eldar Əliyev, AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, AYB Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, Sumqayıt Şəhər İcra Hakimiyətinin şöbə müdiri Fərman Kazımov, şair, publisist Azərbaycan Respublikanın Əməkdar jurnalisti Rafiq Oday, Əməkdar müəllim Məlahət Rüstəmova, AYB üzvü şair Lilpar Cəmşidqızı, AYB üzvü yazıçı Almaz Ərgünəş Bəyazid, şəhid Əmrah Şahsuvarovun atası Musa Şahsuvarov, ictimai fəal Səməd Qəhrəmanov çıxış ediblər.

İştirakçı və çıxışçıların spektr genişliyi ilə fərqlənən tədbirdə zəfərlərimizin əldə olunmasında azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev ideallarının rolundan, əsgər və zabitlərimizin, Ali Baş Komandanın qəhrəmanlıqlarından, ordunun və xalqın rəşadətindən danışılıb. Bütün bu tarixi nailiyyətlərin alim-yazıçı Sadıq Qarayevin “Sahilsiz Təzadlar”, “Sahibsiz Kölgələr”, “N” Saylı Qəhrəmanlıq” romanlarında, “Sarvansız Zamanlara” və “Azərbaycançılıq Məfkurəsi” kitablarında obrazlar vasitəsilə, real hadislərin fonunda elmi-fəlsəfi-bədii tərənnümü geniş müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: