Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.11.2025 10:38
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda BDU və ADNSU tələbələri üçün Açıq qapı günü keçirilib

Geologiya və Geofizika İnstitutunda BDU və ADNSU tələbələri üçün Açıq qapı günü keçirilib

ETN Geologiya və Geofizika İnstitutunda (GGİ) Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə tələbələr üçün Açıq qapı günü keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Neft və Sənaye Universitetinin (ANDSU) və 3-cü və 4-cü kurs tələbələri iştirak ediblər.

Öncə GAMŞ-ın üzvü Gülcamal İsayeva institutun tarixi və çoxşaxəli fəaliyyət istiqamətləri haqqında tələbələrə ətraflı məlumat verib. Daha sonra gənclər  Hidrogeologiya və geoekologiya şöbəsinin müdiri c.e.d. Vaqif Məmmədovun “Neft-qaz sənaye sahələrinin Bakı meqapolisinin inkişafına təsir istiqamətləri” mövzusunda məruzəsini dinləyiblər.

Məruzənin ardınca qonaqlar “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”, “Neftin Geokimyası” laboratoriyası və Geoloji Muzeylə tanış olublar. Həmçinin tələbələrin çoxsaylı suallarına aydınlıq gətirilib, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda qonaqlara GGİ-nin nəşri olan “Elmin cazibəsi” çoxcildliyinin nüsxələri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: