Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Zooarxeologiyanın müqəddiməsi” (Introduction to Zooarchaeology) mövzusunda onlayn seminar keçirilib. Seminar institutun mütəxəssisləri və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə Google Meet platforması üzərindən baş tutub.
Seminarın ilk qonağı Kardiff Universitetinin (İngiltərə, Uels, Cardiff University) tədqiqatçısı Dr. Gwendoline Maurer olub. O, zooarxeologiyanın əsas anlayışları, heyvan qalıqlarının identifikasiyası, metodoloji yanaşmalar və bu sahədə aktual tədqiqat istiqamətləri haqqında geniş təqdimat edib.
Seminar iştirakçıları mövzular üzrə elmi fikir mübadiləsi aparıblar. Tədbir həm tələbələr, həm də gənc tədqiqatçılar üçün zooarxeologiya sahəsinə giriş baxımından dəyərli bir imkan yaradıb.
Gənc Alim və Mütəxəssislər Şurası növbəti aylarda da bu formatda onlayn görüşlərin davam etdirəcəyini planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.