AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi-tədqiqat şöbələrində institutun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Zaur Həsənov və Elmi katib tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirovanın iştirakı ilə illik hesabatlar dinlənilib.
Şöbələrə rəhbərlik edən şəxslər şöbənin fəaliyyət istiqamətinə uyğun il ərzində aparılmış işlər barədə ümumi məlumat verib, daha sonra arxeoloji ekspedisiyaya rəhbərlik etmiş şəxslər aparılmış tədqiqatların təqdimatını ediblər. Eyni zamanda, hesabat dinləmələri zamanı şöbələrin mövcud problemləri qeydə alınıb, gələcək perspektivlər müzakirə olunub.
Hesabatlar Daş dövrü arxeologiyası, Neolit və xalkolit dövrü arxeologiyası, İlk tunc dövrü arxeologiyası, Orta və Son tunc dövrü arxeologiyası, Dəmir dövrü arxeologiyası, Antik dövr və alban dövrü arxeologiyası, İlk orta əsrlər dövrü arxeologiyası, İslam dövrü arxeologiyası, Etnoarxeologiya, Xəzər arxeologiyası, Numizmatika və epiqrafika, Antropologiya, Arxeoloji irsin tarixi və nəzəriyyəsi, Yeni tikinti sahələrinin arxeoloji tədqiqi, Elmi ekzpozisiyanın təşkili, Arxeoloji texnologiya və ölçü-layihə, Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbələri üzrə canlı aparılıb. Məhkəmə arxeologiyası və Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbələrinin rəhbərləri Qarabağ bölgəsinə arxeoloji tədqiqat işləri ilə bağlı ezam olunduqları üçün hesabatı onlayn şəkildə təqdim ediblər.
Şöbələrdə aparılmış elmi-tədqiqat işlərinin yekun hesabatları, əməkdaşların çap işləri institutun ümumi hesabatının hazırlanması üçün rəhbərliyə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.