Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 yaşı tamam olur
02.01.2026 15:30
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 yaşı tamam olur

Bu gün tanınmış alim, “Tərəqqi” medallı, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanovun doğum günüdür.

Qur­ba­nov El­şad Məc­nun oğ­lu 2 yan­var 1951-ci il­də Er­mə­nis­tan SSR-in (Qər­bi Azər­bay­can) Qarakilsə (Si­si­an) ra­yo­nu­nun Urud kən­din­də ana­dan ol­muş­dur. 1979-cu il­də Azər­bay­­can Döv­lət Uni­ver­si­te­ti­nin Bio­lo­­gi­ya fa­kül­tə­si­ni “Botanika” ixtisası üzrə bi­tir­miş­dir.

E.Qur­ba­nov 1984-cü il­də “Bo­ta­­­nika” ixtisası üzrə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusunda biologiya elmləri üzrə namizədlik, 2004-cü ildə “Bo­ta­­­nika” ixtisası üzrə “Atropatena əyalətinin florası və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə pro­fes­sor el­mi adını al­mış­, 2014-cü il­də AMEA-nın müx­bir üz­vü se­çil­miş­dir.

E.Qurbanov 1982-1988-ci illərdə Bakı Dövlət Universitetində baş la­bo­rant, 1988-1992-ci illərdə Bo­ta­ni­ka və bitki fiziologiyası kafedrasında mü­əl­lim, baş müəllim vəzifələrində çalışmışdır. 1992-ci il­dən hə­min ka­fed­ra­nın mü­di­ridir.

E.Qur­ba­nov ilk də­fə Azər­bay­can Respublikası üçün mor­fo­lo­ji, eko­lo­ji əla­mət­lə­ri­nə, do­mi­nant və sub­do­mi­nant növ­lə­ri­nə gö­rə di­gər bit­ki­lik tip­lə­rin­dən fərq­lə­­nən “səh­ra” və “psev­do­mak­ki” bit­ki­lik tip­lə­ri­nin öl­kə əra­zi­sin­də ya­yıl­dı­ğı­nı is­bat edərək­, elmə yenilik kimi gətirmiş və onları bitkilik xəritəsinə əlavə etmişdir. O, Azər­bay­can flo­ra­sı üçün on­lar­la nö­vün ye­ni ya­yıl­ma are­al­la­rı­nı mü­əy­yən­ləş­dir­miş, neft və neft­lə çirk­lən­miş tor­paq­la­rın bio­re­­kul­ti­va­si­ya­sı­na aid bəzi təd­bir­lər pla­nı ha­zır­la­mış­dır.

Professor Elşad Qurbanov 500-ə yaxın elmi əsərin (200-ə qədəri xaricdə), 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən çox proqram və metodik göstərişin, 15 ekoloji-geobotaniki xəritənin, 16 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, 28 kitabın elmi redaktorudur. O, də­fə­lər­lə bey­nəl­xalq (Avropa, Rusiya, Türkiyə, Gürcüstan, İİR) və respublika el­mi konf­rans­ların­da çı­xış et­miş­dir. Azər­bay­ca­n Respublikasının “Qır­mı­zı ki­tab”ının II və III nəş­rləri­nin re­dak­si­ya he­yə­ti­nin üz­vü ol­muş­dur. Alimin son zamanlar apardığı elmi tədqiqat işlərinin yekunları dəfələrlə mühüm nəticə kimi AMEA-nın illik hesabatına daxil edilmişdir. Alim Azərbaycanın bir çox bölgələrinin ekoloji-geobotaniki xəritələrini və Azərbaycanın bitki örtüyü xəritəsini tərtib etmişdir.

Elşad Qur­ba­no­vun el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 3 elm­lər və 18 fəl­sə­fə dok­to­ru, 60-dan çox magistrant ha­zır­lan­mış­dır. Hazırda 5 doktorantın elmi rəhbəridir.

Alim bir çox ölkələrin akademiyalarının həqiqi üzvü seçilmişdir. 2023-cü il­dən Azər­bay­can Res­pub­li­ka­sının Pre­zi­den­ti ya­nın­da Ali Attestasiya Komissiyasının Bio­lo­gi­ya və aq­rar elm­lər üz­rə Eks­pert şu­ra­sı­nın sədri­dir. O, AMEA Bio­lo­gi­ya və Tibb Elm­lə­ri Böl­mə­si­nin El­mi şu­ra­sı­nın üz­vü­dür. 2000-2002-ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sı Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı­nın üz­vü ki­mi fəa­liy­yət gös­tər­miş­dir.

E.Qurbanov elmi işlərinin nəticələrinə görə dəfələrlə AMEA-nın Fəxri fərmanlarına, elmi-pedaqoji fəaliyyətinə görə İlin alimi, İlin müəllimi və İlin kafedra müdiri fəxri adlarına layiq görülmüş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, “Tərəqqi” medalı ilə təltif olunmuş, 2019-cu ildə “Əməkdar elm xadimi” fəxri adını və “BDU-nun 100 illiyi” yubiley medalını almışdır.

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi-pedaqoji fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Avropa Nəşr Mətbuat Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu (2015), Beynəlxalq Qızıl Ulduz medalı (2019) ilə təltif olunmuş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir (2021).

Tanınmış alim, yetirmələrinin və tələbələrinin “canlı ensiklopediya” adlandırdığı Elşad Məcnun oğlu Qurbanovun 2026-cı il yanvar ayının 2-də 75 yaşı tamam olur. Elşad müəllimi yubileyi münasibətilə təbrik edir, ona uzun, sağlam və mənalı ömür, elmi və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: