Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.04.2016 17:14
  • A-
  • A
  • A+

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Rusiyada keçirilən konfransda iştirak edib

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Rusiyada keçirilən konfransda iştirak edib

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 24-30 mart 2016-cı il tarixlərində Rusiya Elmlər Akademiyası (REA) S.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunda keçirilən S.Vavilovun 125 illik yubileyinə həsr olunmuş XII illik konfransda iştirak edib.

Konfransın plenar iclasında M.Seyidbəyli “Azərbaycan neft elminin tarixinin formalaşması: Bibi-Heybət buxtasının təşəkkülü” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, geniş və dəyərli mənbələrdən, arxiv materiallarından istifadə olunan mövzunun elmi analizi yüksək qiymətləndirilib.

Səfər çərçivəsində M.Seyidbəyli REA S.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru D.Şerbinin və REA-nın Mərkəzi Arxivinin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru V.Afiani ilə də görüşüb. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. 

M.Seyidbəyli tərəfindən REA-nın arxivində saxlanılan, institut üçün dəyərli olan materiallar toplanılıb, surətləri əldə edilərək ölkəmizə gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: