Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.04.2016 16:12
  • A-
  • A
  • A+

Elmin inkişafı üzrə Milli Strategiyanın icrasına dair hesabat dinlənilib

Elmin inkişafı üzrə Milli Strategiyanın icrasına dair hesabat dinlənilib

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın icrasına dair hesabat dinlənilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icra müddəti başa çatıb. Sərəncamla Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan kimi AMEA-nın müəyyən edildiyini deyən akademiksənədin icrasındabir sıra nazirliklər və tabeliyində elmi müəssisə olan dövlət qurumlarının da iştirak etdiyini vurğulayıb.

Bildirilib ki, Dövlət Proqramının icrası ilə əlaqədar yekun hesabatın hazırlanması haqqında 11 yanvar 2016-cı il tarixli sərəncama əsasən AMEA-nın elmi bölmələri və müəssisələrinin, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, müvafıq nazirliklərin və tabeliyində elmi müəssisələr olandigər dövlət qurumlarının təqdim etdikləri məlumatlarəsasında ümumiləşdirilmiş yekun hesabathazırlanaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub.

Rəyasət Heyəti strategiyanın icrasına dair hesabatın bəyənilməsi və onun AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim edilməsi haqqında qərar qəbul edib. Həmçininmüvafiq Dövlət Proqramının icrasına dair hesabatməcmuəsinin çap edilməsi və AMEA-nın üzvlərinə, elmi bölmələrə, müvafiq nazirliklərə və tabeliyində elmi müəssisə olan digər dövlət qurumlarına göndərilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: