Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2026 14:38
  • A-
  • A
  • A+

Türkiyəli professor Şərqşünaslıq İnstitutunda mühazirə oxuyub

Türkiyəli professor Şərqşünaslıq İnstitutunda mühazirə oxuyub

Türkiyənin Yıldız Texniki Universitetinin professoru Süleyman Doğan martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Məsnəvidə pedaqoji nəsihətlər” mövzusunda mühazirə oxuyub.

Türkiyəli alim əvvəlcə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib. Süleyman Doğan isə öz tədqiqatları barədə bəhs edib. O, öz kitabını Şərqşünaslıq İnstitutuna təqdim edib. Akademik G.Baxşəliyeva da öz növbəsində Yıldız Texniki Universitetinin professoruna institutda nəşr olunan kitablardan hədiyyə edib.

Daha sonra Süleyman Doğan Şərqşünaslıq İnstitutunun əməkdaşlarına mühazirə oxuyub. O, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinə əsaslanan pedaqoji nəsihətlərdən danışaraq, onların insanın mənəvi inkişafı, əxlaqı və düzgün davranış formalarının formalaşdırılması haqqında dərin fikirlər təqdim etdiyini bildirib. Professor bu əsərdə hekayə və rəmzlər vasitəsilə izah olunan tərbiyəvi dəyərlərdən bəhs edib. S.Doğan “Məsnəvi”ni insanın şəxsiyyətinin və mənəviyyatının formalaşmasına təsir edən mühüm pedaqoji mənbə kimi qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: