AR Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Mülki Müdafiə Qüvvələri ilə “Xəbərdarlıq toplanış məşqi” keçirilib.
Məşqdə institutun icraçı direktoru, texnika elmləri doktoru Nizami Mürsəlov, Mülki Müdafiə Qərargah rəisi Murad Şahmuradov, manqa komandirləri və manqalara daxil olan Mülki Müdafiə qüvvələri iştirak ediblər.
Məşqin əsas prinsiplərinə – Mülki Müdafiə, rabitə xəbərdarlıq sisteminin vəzifələri və təşkil prinsipləri, obyektdə yanğından mühafizənin təşkili, fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi daxildir.
Məşq iştirakçıları Mülki Müdafiə tədbirləri yerinə yetirməkdə fəallıq göstərərək müəyyən biliklərə və əməli vərdişlərə nail olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.