AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorant və dissertantları üçün institutun aparıcı elçi işçisi, t.ü.f.d., dosent Şamil Nəcəfovun “Azərbaycanın qərb bölgəsində kurqan mədəniyyəti” mövusunda mühazirəsi keçirilib.
Mühazirədə Ş.Nəcəfov Azərbaycanın qərb bölgəsi, xüsusilə Gəncə-Qazax və Qarabağ ərazilərinin, qədim kurqan mədəniyyətinin ən zəngin tapıldığı məkanlardan biri olduğunu vurğuladı, bu dəfn adətinin əsasən Tunc dövrünə (e.ə. IV-II minilliklər) aid edildiyi və həmin dövrün insanlarının dini-ideoloji təsəvvürlərini əks etdirdiyini diqqətə çatdırdı. Qərb bölgəsindəki kurqanlardan (məsələn, Xocalı, Şəmkir və Ağstafa ərazisindəkilər) tunc silahlar, qızıl bəzək əşyaları, naxışlı saxsı qablar və bəzən at skeletləri aşkar edilməsi barədə doktorantlara ətraflı məlumat verdi.
Dosent Ş.Nəcəfov qeyd etdi ki, qərb bölgəsindəki kurqanlar vahid bir dəfn adəti olsa da, əraziyə görə müəyyən fərqliliklər nümayiş etdirir. Bu bölgə üçün xarakterik olan Xocalı-Gədəbəy mədəniyyəti çərçivəsində öyrənilən kurqanlar, qədim tayfaların həm hərbi sənətinə, həm də sənətkarlıq bacarıqlarını işıqlandırır.
Sonda Ş.Nəcəfov gənc alimləri maraqlandıran sualları cavablandırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.