Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2026 14:39
  • A-
  • A
  • A+

Riyaziyyat İnstitutunda növbəti seminar keçirilib

Riyaziyyat İnstitutunda növbəti seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.

Seminarda Cəbr və riyazi analiz laboratoriyasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədov “Məhdud oblastlarda təyin olunmuş Banax–Sobolev fəzalarında ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsinin həll olunması haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə hamar sərhədli məhdud oblastlarda simmetrik fəzaların normaları ilə törənən Banax–Sobolev fəzalarında ikinci tərtib elliptik tənliklər üçün Dirixle məsələsinin həllinin tədqiqinə həsr olunub. Həll olunma güclü mənada başa düşülür. Xüsusi halda bircins uyğun  məsələnin trivial həllinin varlığından qeyri-bircins məsələnin də həllinin varlığı alınır.

Müəyyən şərtlər daxilində baxılan məsələnin Banax–Sobolev fəzasında həll olunmasına ekvivalent olduğu göstərilib.

Seminar iştirakçıları mövzu ətrafında müzakirələr apararaq məruzəçiyə suallar ünvanlayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: