Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.03.2026 11:24
  • A-
  • A
  • A+

Lənkəranda ədəbiyyatşünas alimə həsr olunmuş tədbir

Lənkəranda ədəbiyyatşünas alimə həsr olunmuş tədbir

AYB Lənkəran Bölməsinin “Söz” ədəbi məclisində Bölmə və AMEA Lənkəran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, şair, tədqiqatçı Mirhaşım Talışlının 100 illik yubileyi münasibətilə “Dedim ki, sözüm qala” adlı yubiley tədbiri keçirilib.

Tədbirdə bölgə yazarları, Mərkəzin əməkdaşları, Lənkəran Dövlət Univeristetinin (LDU) professor və müəllim heyəti, ziyalılar, yubilyarın tələbələri,qələm dostları,mədəniyyət xadimləri və Bakıdan gələn qonaqlar iştirak ediblər.

AYB Lənkəran Bölməsinin sədri, yazıçı dramaturq Qafar Cəfərli tədbiri giriş sözü ilə açaraq M.Talışlının ədəbiyyatşünas alim, şair və tədqiqatçı kimi xidmətləri barədə qısa məlumat verdi. "Fövcül Füsahə" ədəbi məclisini yenidən bərpa etməklə Azərbaycan ədəbiyyatına böyük xidmət göstərdiyini bildirib.

LDU-nun professoru, Əməkdar müəllim Yadulla Ağazadə yubilyarın həyat və yaradıcılığı barədə geniş məruzə edib.

LDU-nun professoru, filologiya elmləri doktoru Kamran Kazımov, LDU- nun dosenti, Lənkəran Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova, Regional Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Kərimov, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Tükəzban Cahangirova, yubilyarın yaxın dostu, əksər kitablarının redaktoru, tanınmış jurnalist, tədqiqatçı, yazıçı Hacı Etibar Əhədov, yubilyarın "Lənkəran" adlı monumental kitabının həmmüəllifi Böyükağa Hüseynbala oğlunun Bakıdan qonaq gəlmiş qızı Sevinc Məmmədova və qardaşı Mahmud Həsənov, ağsaqqal ziyalı Fəxrəddin Canıyev, yubilyarın dostu Cavanşir Həsənzadə, tarixçı tədqiqatçı İldırım Şükürzadə, yubilyarın tələbəsi pedaqoq Mehman Əliyev, şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Səyavuş Süleymanlı, Allahverdi Bayrami, Hacı Allahverən Nəzərov, Ziyafət Yəhya, Xudaverdi Cavad, Əhməd Haqsevər, Sərraf Talıb çıxış edərək yubilyarla bağlı xatirələrini; alim, şair və tədqiqatçı kimi onun yaradıcılığı və şəxsiyyəti haqqında düşüncələrini bölüşüblər.

Lənkəran şəhərindəki C.Cabbarlı adına musiqi məktəbinin müəllimləri: Əlirza müəllimin tar və Təranə xanımın kamançada müşayiəti ilə peşəkar muğam ifaçısı İmanverdi Ağayevin yubilyarın qəzəlini muğam üstə ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Qafar Cəfərlinin yekun sözündən sonra xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: