Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.03.2026 14:42
  • A-
  • A
  • A+

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazma kitablarda bədii cild sənəti” mövzusunda mühazirə oxuyub.

Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı bu seminarda alim bədii cild sənətindən, institutumuzda qorunub saxlanılan əlyazma kitablarının bərpası prosesindən, onların bədii tərtibatından bəhs edib, çıxışında bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: