Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2026 10:15
  • A-
  • A
  • A+

Antropologiya laboratoriyasında elmi praktiki seminar keçirilib

Antropologiya laboratoriyasında elmi praktiki seminar keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu Gənc Alim və  Mütəxəssislər Şurası və Bakı Dövlət Universiteti Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə Antropologiya laboratoriyasında elmi praktiki seminar keçirilib.

Seminar çərçivəsində Bakı Dövlət Universiteti Tarix fakültəsi tələbələrinə institutun elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Ülkər Allahverdiyeva tərəfindən,  laboratoriyada aparılan elmi tədqiqatlar və antropologiya elminin əsas sahələri barədə məlumat verilib. Həmçinin, insan skelet qalıqlarının tədqiqi, osteoloji analiz üsulları və bioantropoloji metodların tətbiqi haqqında danışılıb. Eyni zamanda arxeoloji qazıntılardan əldə olunan insan qalıqlarının antropoloji baxımdan öyrənilməsi prosesi izah edilib, skelet materialı əsasında yaş, cins və bəzi bioloji xüsusiyyətlərin müəyyən edilməsi metodları təqdim olunub.

Görüş zamanı tələbələr laboratoriyada saxlanılan osteoloji kolleksiya ilə də yaxından tanış olublar.

Seminarın əsas məqsədi tələbələrin antropologiya sahəsi ilə tanışlığını genişləndirmək və bu istiqamətdə elmi marağın artırılmasına töhfə vermək olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: