Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2026 14:12
  • A-
  • A
  • A+

Geologiya İnstitutunda bayramlar münasibətilə konsert proqramı təşkil olunub

Geologiya İnstitutunda bayramlar münasibətilə konsert proqramı təşkil olunub

Geologiya İnstitutunda sözügedən müəssisənin və Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə Novruz və Ramazan bayramına həsr olunmuş ədəbi-bədii konsert proqramı təşkil olunub.

Bayram tədbirini giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə Novruzun Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən ən qədim və əziz bayramlardan biri olduğunu vurğulayıb. Eyni zamanda, Ramazan bayramının cəmiyyətimizdə həmrəylik, mərhəmət və mənəvi dəyərlərin təcəssüm olunduğu müqəddəs bayram olması diqqətə çatdırılıb.

Konsert proqramı çərçivəsində tanınmış gənc ifaçıların çıxışları təqdim olunub, xarici və yerli bəstəkarların klassik əsərlərindən ibarət repertuar səsləndirilib. Prezident təqaüdçüləri - Elçin Məmmədov (fortepiano) və Zərrin Əliyeva (skripka) canlı ifaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar. Tədbirdə Fikrət Əmirovun, Scarlattinin, Baxın, Şubertin, Çaykovskinin, Ravelin və digər dahi bəstəkarların əsərləri təqdim olunub. Tədbir iştirakçıları gənc ifaçıların çıxışlarını sürəkli alqışlarla qarşılayıblar.

Sonda akademik Akif Əlizadə institut kollektivi adından musiqiçilərə təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: