AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 27 Mart – Elm Gününə həsr olunmuş elmi sessiya keçirilib.
Elmi sessiyanın açılış nitqində direktor müavini dosent Baba Məhərrəmli son illərdə Dilçilik İnstitutunda aparılan uğurlu elmi-tədqiqat işlərindən bəhs edib. Vurğulayıb ki, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın elm və ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən mühüm tədbirlər həyata keçirilir. Baba Məhərrəmli əlavə edib ki, dilçilik elmi daim inkişafda olan bir sahədir .
Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova çıxışında dilçi alimlərin elmə böyük töhfələr verdiklərini, onların beynəlxalq miqyasda öz sözlərini deyərək elmimizi ölkəmizin hüdudlarından kənarda da layiqincə təmsil etdiklərini bildirib.
İclasda Sosiolinqvistika və prixolinqvistika şöbəsinin müdiri professor Mayıl Əsgərov “Linqvo-psixoloji Vəhdət nəzəriyyəsi” mövzusunda məruzə ilə çıxış edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.