Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.04.2026 15:50
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinin açılışı keçirilib

Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinin açılışı keçirilib

AR ETN Coğrafiya İnstitutu PHŞ-da Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş şahmat turnirinin açılışı keçirilib.

Tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani açaraq vurğulayıb ki, artıq ənənə halını almış bu cür tədbirlər hər il Ulu Öndərin anım günü ərəfəsində təşkil olunur və müxtəlif idman növlərini əhatə edir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqi, kollektiv ruhunun gücləndirilməsidir. O bildirib ki, şahmat turniri intellektual oyun kimi iştirakçıların strateji düşünmə qabiliyyətinin inkişafına da xidmət edir.

Daha sonra institutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək turnirin keçirilməsi qaydaları haqqında ətraflı məlumat verib, iştirakçıların hazırlıq səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, yarış dostluq və sağlam rəqabət prinsipləri əsasında keçiriləcək.

Turnirin iştirakçıları barədə məlumat verilib və bildirilib ki, yarışda institutun müxtəlif şöbə və bölmələrini təmsil edən əməkdaşlar iştirak edirlər. Turnirdə iştirak edənlər iki qrupda mübarizə aparacaqlar.

Sonda qaliblərə mükafatların təqdim olunacağı qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: