Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2026 10:18
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda əməyin mühafizəsi ilə bağlı iclas keçirilib

Arxeologiya və Antropologiya İnstitutunda əməyin mühafizəsi ilə bağlı iclas keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda əməyin mühafizəsi sahəsində biliklərin yoxlanılması və bu istiqamətdə qanunvericilikdə edilmiş son dəyişikliklərin müzakirəsi məqsədilə iclas keçirilib.

İclasda institutun rəhbərliyi, şöbə müdirləri, həmçinin SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə baş mütəxəssis Rəşad İsmayılov iştirak ediblər.

Tədbir zamanı əməyin mühafizəsi sahəsində mövcud vəziyyət təhlil edilmiş, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, qüvvədə olan qanunvericilikdə edilmiş dəyişikliklər barədə ətraflı məlumat verilmiş, bu dəyişikliklərin tətbiqi ilə bağlı tövsiyələr səsləndirilib.

İclas çərçivəsində iştirakçıların sualları cavablandırılmış, əməyin mühafizəsinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Sonda bu sahədə nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: