Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.04.2026 10:18
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası baş tutub.

İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Akademik qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsində iyun ayında “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur və hazırda bu istiqamətdə hazırlıq işləri davam etdirilir. Bununla yanaşı, o, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 120 illiyinə həsr olunmuş respublika elmi konfransının təşkili məsələsinə də toxunub.

Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Bölmədə çalışan elmi işçilərin fəaliyyətinin yeni bal sistemi əsasında qiymətləndirilməsi mexanizmi haqqında danışıb.

İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri Filurə Sadıqova çıxış edərək bölmədə həyata keçirilən kadr dəyişikliyi barədə məlumat verib.

Bölmənin Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov cari məsələlər haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: