Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.04.2026 15:22
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində seminar-məşğələ

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində seminar-məşğələ

AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində seminar-məşğələ keçirilib.

Müki müdafiə şöbəsinin 2026-cı ilin Tədbirlər planına uyğun olaraq keçirilən seminar-məşğələdə şöbənin əməkdaşları və  AMEA-nın elmi müəssisə və təşkilatlarının İnsan resursları şöbələrinin müdirləri və hərbi uçot, bronetmə işlərini aparan mütəxəssisləri iştirak ediblər.

Seminar-məşğələni giriş sözü ilə açan Mülki müdafiə şöbəsinin müdir müavini Hikmət Babayev tədbir iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verib. H.Babayev bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən imzalanmış AMEA Rəyasət Heyəti aparatında, elmi müəssisə və təşkilatlarda hərbi vəzifəlilərin hərbi uçotunun aparılması, illik statistik hesabatın hazırlanması haqqında müvafiq sərəncamında göstərilən tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə ciddi önəm verilməlidir.

Sonra şöbənin baş mütəxəssisi Bahar Həsənova AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçotun aparılması, səfərbərlik zamanı və müharibə dövrü üçün təxsis (bron) edilməsi, Azərbaycan Respublikası Nazirlər kabinetinin 8 may 2013-cü il 76 nömrəli Qərarın icrası haqqında vəi çağırışçıların və hərbi vəzifələrin hərbi uçotunun aparılması qaydası haqqında geniş məruzə edib. Çıxışını video-təqdimat üzərində quran B.Həsənova seminar iştirakçılarını işlərini vaxtında və qüsursuz həyata keçirmələri üçün təlimatlandırıb.

Sonda tədbir iştirakçıları institut və təşkilatlarda hərbi uçot, təxsis (bron) işinin təşkili və vəziyyəti haqqında məlumatlar təqdim edib və mövzu ətrafında suallar veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: