Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2026 10:38
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə

Əlyazmalar İnstitutunda elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib. 

Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Samirə Əliyevanın “Azərbaycan əlyazma kitabı” mövzusunda mühazirəsi dinlənilib.

Alim çıxışında Azərbaycan əlyazmaları, xarici muzey və kitabxanalarda saxlanılan azərbaycanlı müəlliflərin əlyazmaları, o cümlədən Vatikan Məxfi Arxivlər Kitabxanasında və Vatikan Apostolik Kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmalar haqqında müfəssəl məlumat verib.

Təqdim olunan məruzədə UNESCO-nun “Dünya Yaddaşı”  siyahısına daxil edilmiş, Əlyazmalar İnstitutunda mühafizə olunan Azərbaycana aid  5 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (“Nizamşahın ehtiyatları”), Əbülqasım Zəhravinin cərrahiyəyə dair “Əl-məqələtus-səlasim” (“Otuzuncu traktat”), İbn Sinanın “Əl-qanun fit-tibb” (“Tibbi qanun”), Məhəmməd Füzulinin anadilli “Divan”ı və xan qızı Xurşidbanu Natəvanın “Gül dəftəri” haqqında da ətraflı məlumat verilib.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: