Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.04.2026 14:08
  • A-
  • A
  • A+

Geologiya İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun sessiyası üzrə növbəti tədbir

Geologiya İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun sessiyası üzrə növbəti tədbir

ETN Geologiya İnstitutunda BMT-nin  dayanıqlı şəhərsalma üzrə böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun sessiyası (WUF13) üzrə növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev məruzə üçün sözü Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevə verib.

Məruzəçi "Şəhər ərazilərində mikrorayonlaşdırma və yer hərəkətinin modelləşdirilməsi" mövzusunda çıxışında gənc tələbə və mütəxəssislərin WUF13 çərçivəsində keçirilən tədbirlər seriyasında iştirakının vacibliyini, təqdim olunan mövzunun praktiki əhəmiyyətini diqqətə çatdırıb.

Qulam Babayev təqdimatda şəhər ərazilərinin mikrorayonlaşdırılmasının prinsipləri, Yer hərəkətinin modelləşdirilməsi metodları, seysmik risklərin qiymətləndirilməsi və xəritələşdirmə konsepsiyaları haqqında ətraflı məlumat təqdim edib. Həmçinin  Bakı şəhəri və Abşeron yarımadasında aparılan seysmik mikrorayonlaşdırılma işlərini nümunə kimi göstərərək fəaliyyət metodlarının tətbiq ardıcıllıqlarını geniş izah edib.

Məruzəçi sonra təqdimatı böyük maraqla dinləyən auditoriyanın suallarını ətraflı cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: