AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə elmi şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri və gündəlikdəki məsələlərə aidiyyatı olanlar iştirak ediblər. İclas AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin sədrliyi ilə baş tutub.
Akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovu 85 illik yubileyi, Rəşid Kərimovu 60 illik yubileyi münasibətilə institutun Fəxri fərmanı ilə təltif edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi” haqqında 28 yanvar 2026-cı il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında danışıb. Şairlə bağlı institutda görülmüş işlər və nəşrlər haqqında hərtərəfli məlumat verib. Bu il həm institutda, həm də şairin doğma yurdu Şamaxıda yubiley konfransları təşkil olunacağını bildirib.
İnstitutun direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına hazırlıq haqqında fikirlərini bölüşüb. 22 may tarixində başlanması nəzərdə tutulan fevtivalın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin də giriş nitqi söyləyəcəyini diqqətə çatdırıb. Həmçinin Ədəbiyyat İnstitutunun festivala hazırlıq məsələlərinə toxunulub.
İclasda elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çap və müsabiqə məsələləri barəsində məlumat verib, müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.