Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2026 09:42
  • A-
  • A
  • A+

Müstəqil Azərbaycan dövlətinin qurucusu –Ümummilli Lider Heydər Əliyev

Müstəqil Azərbaycan dövlətinin qurucusu –Ümummilli Lider Heydər Əliyev

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı konfrans  keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu və xalqımızın parlaq gələcəyi üçün misilsiz xidmətlərindən , həmçinin Heydər Əliyev irsinin Azərbaycan dövlətçiliyi və mədəniyyətinin inkişafındakı xidmətlərindən memarlıq və şəhərsalma sahəsindəki əhəmiyyətli rolundan  bəhs edib. Azərbaycanın baş memarı kimi ölkə memarlığının inkişafında mühüm rol oynamış Ümummilli Lider Heydər Əliyevin ölkənin memarlıq və şəhərsalma sahəsinə verdiyi töhfələrdən bəhs edib.

Qeyd olunub ki, görkəmli memar, akademik Mikayıl Hüseynov Heydər Əliyevin birinci hakimiyyət dövrünü “Memarlığın intibah dövrü” adlandırıb. Həmin dövrdə respublikada geniş quruculuq işləri aparılıb, o cümlədən kənd memarlığı sahəsində də mühüm addımlar atılıb və institutda qısa müddət ərzində “Kənd memarlığı” sektoru fəaliyyət göstərib.

H.Əliyevin ölkə memarlığına verdiyi töhfələrdən bəhs edən institut rəhbəri həmin dövrdə urbanizasiya prosesinin sürətləndiyini vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev müxtəlif layihə təşkilatları tərəfindən hazırlanan 60 şəhərin baş plan layihələrinə xüsusi diqqət göstərib. Eyni zamanda Sumqayıt şəhərinin inkişafı və urbanizasiya prosesi, həmçinin Bakıda metro tikintisinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Paytaxtda yaşıllaşdırma işlərinin aparılması, yeni park və bağların salınması istiqamətində də mühüm layihələr həyata keçirilib.

İnstitutun rəhbəri  Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və çoxşaxəli fəaliyyətinin müasir müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.  Onun  xalq qarşısındakı xidmətlərinin təkcə dövlət quruculuğu ilə məhdudlaşmadığını milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətin inkişafına verdiyi misilsiz töhfələrlə də səciyyələndiyini söyləyib.

Professor Ərtegin Salamzadə Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının bu gün də yaşadığını və  həyatımızın hər bir sahəsində Heydər Əliyev zəkasının izlərinin göründüyünü vurğulayıb.

Sonra direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov “Mütəşəkkil xalq, mübariz ordu birliyini yaradan Lider” adlı məruzəni təqdim edib. Məruzədə qeyd edilib ki, Azərbaycan cəmiyyətində nizam-intizam və təşkilatlanmanın yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir çağırışlar fonunda nizam-intizamın qorunması və gücləndirilməsi hər bir vətəndaş üçün vacib vəzifə kimi qiymətləndirilir. Ciddi uğurlara nail olmağın və bu uğuru qoruyub saxlamağın yolu məhz mütəşəkkil olmaqdan keçir. Yalnız yüksək liderlik keyfiyyətləri xalqın mütəşəkkilliyini, birlliyini təmin edə bilər. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan mütəşəkkil ordu quruculuğu siyasəti ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb.

Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlləz Əhmədov “Heydər Əliyev Azərbaycan teatrının himayəçisi kimi” adlı məruzə ilə çıxış edib.

Məruzə zamanı Ulu Öndərin teatr tamaşasından sonra aktyorlarla görüşüb öz fikirlərini bölüşdüyi haqqında videoçarx nümayiş etdirilib.

Gənc tədqiqatçı Ümummilli Liderin ölkəmizdə digər sahələr ilə yanaşı mədəniyyət sahəsində göstərdiyi qayğını, elm, mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqət  göstərdiyini qeyd edib. Mədəniyyətimizin hər bir sahəsinin  H.Əliyev qayğısından bəhrələndiyinə toxunub. Heydər Əliyevin ölkənin mədəni həyatında, xüsusilə teatr sənətinin inkişafında müstəsna rolu olduğunu söyləyib. Ulu Öndərin təhsil illərində məktəbin dram dərnəyində fəal iştirakından, canlandırdığı obrazlardan bəhs edib. Qeyd edib ki, H. Əliyev teatrı cəmiyyətin mənəvi inkişafına xidmət edən mühüm bir sahə kimi dəyərləndirib. Bu gün Azərbaycan teatrının qazandığı uğurlarda Heydər Əliyevin əasasını qoyduğu diqqət və qayğının mühüm payı olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: