Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2016 10:26
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə İşçi qrupunun iclasında iştirak edir

AMEA-nın əməkdaşı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə İşçi qrupunun iclasında iştirak edir

AMEA Rəyasət Heyəti  aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bunyamin Seyidov Rusiya Federasiyasının Rostov şəhərində ezamiyyətdədir. Əsas məqsəd 16-17 may 2016-cı il tarixlərini əhatə edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) elm və texnologiya üzrə İşçi qrupunun iclasında iştirak etməkdir.

Rusiyanın Cənubi Federal Universitetinin təşkilatçılığı ilə keçirilən iclasda QDİƏT-ə üzv ölkələrin nümayəndələri, o cümlədən bir sıra alim və mütəxəssislər iştirak edirlər.

Tədbirin ilk günü İşçi qrup Təşkilatın 2014-2018-ci illər üzrə Fəaliyyət planını müzakirə edib, həmçinin elm və texnologiya sahəsində baş verən yeniliklər ətrafında fikir mübadiləsi aparıb. QDİƏT-ə üzv ölkələr elmi layihə və proqramların maliyələşdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına dair rəy və təkliflər səsləndiriblər.

İclasda AMEA-nın üzv ölkələrlə müvafiq sahələrdə əməkdaşlıq imkanları, kadr və təcrübəsi mübadiləsi məsələsi də müzakirə edilib. Belə ki, Cənubi Federal Universiteti ilə AMEA arasında doktorant mübadiləsinə dair ilkin razılıq əldə edilib. Razılıq əsasında, universitet daxili imkanları hesabına AMEA-da fəaliyyət göstərən doktorantlara öz tədqiqatlarını davam etdirmək imkanı verən təqaüd proqramı təklif edib.

Tədbirdə, həmçinin Avropa Komissiyasının "HORİZON-2020" proqramı çərçivəsində QDİƏT üzvü olan ölkələrin elmi müəssisələri arasında əməkdaşlığa dair razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: