Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2016 12:48
  • A-
  • A
  • A+

Türkiyənin Fırat Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış edib

Türkiyənin Fırat Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış edib

Mayın 18-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib.

Tədbirdə Türkiyənin Fırat Universitetinin professoru Etibar Pənahovun "Differensial operatorların spektral və potensial nəzəriyyələrinin bəzi tərs məsələləri və tətbiqləri" mövzusunda məruzəsi dinlənilib.    

Məruzədə xüsusi şəkildə məxsusi nöqtələri olan (Bessel, Kulon tipli) 2-ci tərtib diferensial operatorlar, kanonik Dirak operatoru və Diffuziya tənliyi üçün iki və bir spektrə, qismən verilən potensiala görə tərs məsələlər barədə məlumat verilib. Bildirilib ki, Nodal verilənlərə (nöqtələr və uzunluqlar) görə tərs məsələlərə baxılır. Nodal verilənlər üçün asimptotik düsturlar göstərilir və yeganəlik teoremləri isbatlanır.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: